Yuxarı

Bu xidmət də ASAN-laşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstilik şəbəkələrinə qoşulma və istilik enerjiindən istifadə üçün texniki şərtlərin verilməsi qaydaları ASAN Xidmət-ə verilir.

Bunu Oxu.az-a açıqlamasında Azəristiliktəchizat ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə texniki şərtlərin ASAN Xidmət-ə verilməsi nəzərdə tutulur:

“Hazırda bu istiqamətdə işlər aparılır. Bununla bağlı bir sıra texniki məsələlər həll edilməlidir. Əməkdaşlarımızın orada yerləşdirilməsi, onların müqaviləsi və başqa məsələlər həll olunmalıdır. Daha sonra bu şərtlər ASAN Xidmət-ə veriləcək”

İ.Mirzəliyev bildirib ki, il ərzində texniki şərtlərlə bağlı Azəristiliktəchizat ASC-yə müraciətlərin sayı çox az olur, bu rəqəm 10-12-dir.

Sədr müavini binalara isti su təchizatının verilməsindən də danışıb:

“Bu, çox böyük bir məsələdir. Biz bu gün 300-ə yaxın binanı artıq isti su ilə təmin edirik. Binalara isti su təhcizatının verilməsi üçün qazanxalarda əlavə güc yaradılmalıdır, isti suyun daşınmasına görə xətlər çəkilməlidir. Bunlar texniki cəhətdən mümkündür, sadəcə, vəsaitlə bağlı məsələlər həll edilməlidir”.

İ.Mirzəliyev qeyd edib ki, binalarda isti su təchizatı 3-5 il sonra mümkün ola bilər.

Tarix
2019.11.16 / 14:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla