Yuxarı

Bakıya pul və “beyin” axınını necə təmin edək? – Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:41

Ölkədə xarici tələbələrin sayını artırmaq məqsədilə müxtəlif təkliflərim var. Onlardan ən əsası 10+1 təklifidir ki, bu vasitə ilə artıq Türkiyə və Ukrayna universitetlərinə 500-ə qədər tələbə qazandırmışıq.

Bu sözləri Axar.az-a ölkəyə xeyli gəlir qazandıran xarici tələbə axınını stimullaşdırmaqda maraqlı olan və bunun üçün müxtəlif təkliflər irəli sürən təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, onun təkliflərini ölkə universitetlərindən hələlik tətbiq edən olmasa da, Türkiyə və Ukrayna universitetləri bu təkliflər sayəsində il ərzində ölkəyə gələn xarici tələbə sayını artıra biliblər:

“Mən Türkiyə və Ukrayna universitetlərinə qəbulun sadələşdirilməsi və asanlaşdırılması üçün bir sayt verdim. Hər kəs rahatlıqla sənədlərini yükləyib universitet və ixtisas seçə bilir. Layihəmə əsasən universitetlərə təklif etmişəm ki, hər qəbul olunan 10 xarici tələbədən sonra 1 tələbəni təhsil haqqından azad edin. Bu, 10+1 layihəsidir. Türkiyə və Ukrayna universitetləri layihəmi qəbul ediblər və təkcə elə Azərbaycandan Türkiyə və Ukrayna universitetlərinə 500 tələbə göndərmişik. Bunları Azərbaycanda da etmək mümkündür. Ancaq indiyə qədər layihəmlə cəmi iki universitet maraqlanıb”.

K.Əsədov bildirib ki, Bakı Dövlət Universiteti və Neft və Sənaye Universiteti onun təklifləri ilə maraqlansa da, hələlik heç bir əməli işə başlamayıblar:

“Mən bütün ölkəni əhatə edəcək bir təklif irəli sürmüşəm. Yəni mənim məqsədin hansısa universitetə deyil, ümumilikdə ölkəyə xarici tələbə axınını artırmaqdır. Çünki bu, ölkəyə pul, işçi, beyin axını deməkdir.

Noyabrın 22-si bu məqsədlə Ukraynaya gedirəm. Təklifimlə bağlı daha bir universitet dəvət edib. Bütün xərclərimi də özləri ödəyir və hətta orada yaşamağım üçün məni ölkələrinə ailə olaraq dəvət edirlər. Onlar maraqlıdırlar ki, orada qalıb işləyim.

Bizim universitetlər isə ya təkliflərimizi dəyərləndirmir, ya da bizim təklifləri mənimsəyib, özününküləşdirərək tətbiq edirlər”.

Qeyd edək ki, ekspertlər dünyada bir əcnəbi tələbənin ölkəyə gətirdiyi illik vəsaitin ortalama 25 min dollar, Azərbaycanda isə 4-10 min dollar təşkil etdiyini bildirirlər.

Məlumata görə, hazırda Azərbaycanda 5 minə yaxın əcnəbi tələbə var. Amma ölkədən kənarda təhsil almağa gedənlərin sayı 40 mindən çoxdur. Bu, həm vəsait, həm də beyin axını deməkdir. Mütəxəssislər balansı tənzimləmək üçün ölkəyə xaricdən tələbə axınını artırmağın zəruri olduğunu deyirlər.

Tarix
2019.11.19 / 14:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla