Yuxarı

Köhnə baş nazir təzə vəzifədə: kollektivə təqdim edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) Elmi məsələlər üzrə prorektor Novruz Məmmədov kollektivə təqdim olunub.

ADU-dan Axar.az-a verilən məlumata görə, onu universitetin professor-müəllim heyətinə ADU-nun rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla təqdim edib.

Kamal Abdulla bildirib ki, universitetdə struktur dəyişikliyi edilib:

“Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev öz fəaliyyətini Təhsil Nazirliyində davam edəcək. ADU-nun Tədris işləri üzrə prorektoru vəzifəsinə Elmi işlər üzrə prorektor, professor Sevinc Zeynalova təyin olunub. Elmi məsələlər üzrə prorektor isə Novruz Məmmədov təyin olunub. Novruz Məmmədov uzun illər ADU-da dekan, kafedra müdiri kimi çalışıb. İnanıram ki, Novruz Məmmədov öz fəaliyyətini bizim universitetdə ləyaqətlə davam edəcək. Bundan sonra Novruz müəllim öz doğma universitetində çalışacaq”.

N.Məmmədov ona göstərilən etimada görə təşəkkür edib:

“Yenidən Azərbaycan Dillər Universitetində qayıtmaqdan məmnunam. Bura qayıtmaq mənə daxili rahatlıq gətirir. Azərbaycan Dillər Universitetinin yüksək nüfuzu var. Onun nüfuzunu daha da qaldırmaq üçün çalışacağam”.

Qeyd edək ki, Novruz Məmmədov 25 il Azərbaycan Dillər Universitetində çalışıb. Bu illər ərzində baş müəllim, dosent, dekan, kafedra müdiri kimi fəaliyyət göstərib.

Tarix
2019.11.20 / 11:29
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla