Yuxarı

Azərbaycanda nə qədər adam sosial müavinət alır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda nə qədər adam sosial müavinət alır?

Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Prezident İlham Əliyevin 2019-cu il fevralın 7-də imzaladığı Sərəncama əsasən 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım sürətinə uyğun olaraq bu il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il martın 1-dən 160 manat, oktyabrın 1-dən isə 200 manat müəyyən edilib.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, bu il oktyabrın 1-dən 392,7 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 76,2 min nəfər, əlilliyə görə 177,5 min nəfər, ailə başçısını itirməyə görə 44,9 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 66,3 min nəfər olub. Əmək pensiyası almaq hüququ olmayan 1,5 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Tarix
2019.11.20 / 21:43
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik faktorudur - Əliyev

Ərdoğanın Qarabağ səfərində mühüm mesaj...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla