Yuxarı

Sabahdan havalar soyuyacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabahdan havalar soyuyacaq

Sabah Azərbaycanda havanın temperaturu enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a bildiriblər ki, fevralın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq, axşam buludluğun artacağı gözlənilir. Gecəyə doğru bəzi yerlədə yağış yağacaq. Mülayim cənub-qərb küləyi əsəcək, səhər şimal-qərb küləyi ilə əvəz olunacaq, günün ikinci yarsında külək güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-7, gündüz 7-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 4-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, axsama doğru havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, səhər və gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.

Tarix
2015.02.03 / 12:32
Müəllif
Axar.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla