Yuxarı

Kapital Bank “DevDay in Baku’19” tədbirini təşkil etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank “DevDay in Baku’19” tədbirini təşkil etdi

"Kapital Bank" İT mütəxəssislərinin iştirak etdiyi beynəlxalq “DevDay in Baku’19” tədbirini təşkil edib.

Axar.az xəbər verir ki, layihə İT sahəsində dünya nəhəngi olan IBM şirkəti ilə birgə keçirilib. Tədbirə müxtəlif şirkətləri təmsil edən yüzlərlə dinləyici iştirak edib. Foruma “Kapital Bank”ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov qatılıb. Həmçinin, İnformasiya sistemlərinin inkişafı departamentinin direktoru Fərid Səmədov da spiker qismində çıxış edib və təcrübəsi ilə bölüşüb.

Tədbir proqram təminatı üzrə mütəxəssisləri, proqram mühəndisləri, UI/UX dizaynerləri və informasiya texnologiyaları üzrə digər mütəxəssisləri bir araya gətirib. Dünyanın müxtəlif ölkələrindən dəvət olunan ekspertlər iştirakçılarla öz təcrübələri ilə bölüşüb, həyata keçirdikləri layihələrlə bağlı biliklərini paylaşıblar.

Ekspertlər Azərbaycanın, Birləşmiş Krallığın, Almaniyanın, Koreyanın, Rusiyanın və digər ölkələrin şirkətlərini təmsil ediblər və bu sahədə intensiv təcrübəyə malikdirlər. Əsas sessiyalardan əlavə olaraq, iştirakçılar “Development”, “Microservices” və “Product Design” adlı sessiya istiqamətlərindən birini seçərək təqdimatlara qatıla biliblər.

“Hazırda “Kapital Bank”da İT sahəsinin inkişafı istiqamətində mühüm və davamlı işlər həyata keçirilir. Rəqəmsal və yenilikçi bank olmaq üçün güclü kadr potensialına malik olmaq önəmlidir. Bununla bağlı cari ildə bu sahəyə maraq yaratmaq məqsədilə tələbələri İT üzrə təcrübə proqramına dəvət etdik və nəticədə onlarla gənci işə götürdük. 2020-ci ildə də bu sahədə olan işləri davam etdirəcəyik və bazara yeni peşəkar mütəxəssislər təqdim edəcəyik”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalovla bildirib.

Qeyd edək ki, “Kapital Bank”da təcrübə proqramı artıq ənənəvi olaraq hər il keçirilir. Hazırda “Kapital Bank”da İT sahəsi üzrə təcrübə keçmək mümkündür. Maraqlanan gənclər CV-lərini mövzu hissəsində “İT Təcrübə” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.

Tarix
2019.12.02 / 16:29
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla