Yuxarı

Ekspert: Bakıda evlər kəskin bahalaşacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspert: Bakıda evlər kəskin bahalaşacaq - Video

Hazırda mənzil bazarında potensial alıcı kütləsini daha çox qarşıdakı aylarda baş verəcək proseslər maraqlandırır. Ənənəvi olaraq Azərbaycan xalqında daşınmaz əmlaka həm etibarlı, qalıcı sərvət kimi baxılır, həm də gələcək nəsilə ötürülən dəyərli hədiyyə, miras sayılır. Bu mənada mənzil bazarında qiymət dəyişiklikləri toplumda ciddi izlənilir.

Aparılan araşdırma və təhlillər, həmçinin, bu sahə üzrə ixtisaslaşmış ekspertlərin proqnozlarına görə, gələn ilin başlanğıcından mənzil bazarında kəskin qiymət artımı gözlənilir.

Axar.az xəbər verir ki, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı qiymət artımını şərtləndirən bir sıra amillərin mövcud olduğunu bildirib.

“Son bir ildə mənzil tikintisi sahəsində qəbul olunan qərarlar, şəhərsalma və infrastruktur layihələri ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və tövsiyələri, əhalinin mənzil-məişət şəratinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial layihələr, yaşayış sahəsinə tələbatın yüksək olması, turist axını və məskunlaşma ilə bağlı olan demoqrafik amillər qiymət artımını şərtləndirir”, - ekspert bildirib.

R.Osmanlının sözlərinə görə, ötən ay Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edən Prezident İlham Əliyev tikinti sahəsində ciddi addımların atılması ilə bağlı tapşırıqlar verib:

“Burada diqqəti 2 ciddi məsələ çəkir: Birincisi, şəhərin mərkəzində “İçərişəhər” metrostansiyası və yaxın ərazilərdə 2-3 mərtəbəli tarixi binaların qorunması, onların yerində yeni hündürmərtəbəli binaların tikintisinin yolverilməzliyi, ikincisi isə tikinti standartları ilə bağlı kafisentlərin aşağı salınması və bunlara əməl olunmasıdır. Artıq bu tapşırıqdan sonra qeyd olunan ərazidə mənzillərin qiymətlərində kəskin artım qaçılmazdır. Bakının mərkəzində hündürmərtəbəli binaların inşasına məhdudiyyətlər qoyulub. Xüsusilə İçərişəhər və ətraf ərazilər tarixi memarlıq nümunələrinin qorunması baxımından əhəmiyyətlidir. Mərkəz hissədə yeni tikintilərin olmaması, lakin tələbin ildən ilə artımı təbii olaraq qiymətə təsir göstərir. Həmçinin, ildən ilə ölkəyə turist axını bu sahəyə təsir edir. İmkanlı turistlər içərisində Bakıda, xüsusən mərkəz yerlərdə mülk sahibi olmaq niyyətləri və örnəkləri var. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, paytaxtda, xüsusilə mərkəzdə növbəti ildən mənzillərin qiymətinin artımı qaçılmazdır”.

Daha ətraflı videoda:

Tarix
2019.12.04 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan açıqladı: Azərbaycan buna icazə verib!

İlham Əliyev Vensə bu fotoları göstərdi - Video

Şuşa yolunda qaçan cüyürlər maraq doğurdu - Foto

Tramp Azərbaycana heyrandır - Vens

Son altı ayda Donald Trampla... - Prezident

Azərbaycana bu marşrutla uçan ilk şəxs oldum - Vens

Vensin Bakı səfəri Türkiyə üçün çox önəmlidir - Video

Prezidentin Venslə geniş tərkibdə görüşü baş tutdu

Bakı və Vaşinqton regional tərəfdaşlığı gücləndirir

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla