Yuxarı

Kommunal xərclərə necə qənaət edək? - Ekspert açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kommunal xərclərə necə qənaət edək? - Ekspert açıqladı

Evlərin isidilməsi və sərinləşdirilməsi üçün yeni materiallardan istifadə iqtisadi baxımdan dünyada çox ciddi müzakirə olunan məsələlərdəndir. İtkini minimuma endirə biləcək tikinti materiallarından, müasir texnologiyalardan yararlanmaq dünyada geniş yayılan üsuldur. Hesablamalar göstərir ki, bu yolla təxminən 30-35 faiz enerjiyə qənaət etmək mümkündür.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, komunal xərclərə qənaətlə bağlı ölkəmizdə ciddi araşdırma, ciddi yanaşma yoxdur: “Bu məsələ ilə bağlı müəyyən təşviqedici verliş və müzakirələrin olması vətəndaşları istiqamətləndirməyə kömək edə bilər. Ən azından onlar da daxili imkanları hesabına istiliyi qorunmaq və bu yolla komunal xərclərə qənaət etmək üsullarını öyrənə bilərlər. Vətəndaşların bu barədə məlumatı azdır, hətta demək olar ki, yoxdur”.

Ekspertin fikrincə, komunal xərclərə limit tətbiqi ləğv olunmalıdır:

“Ölkənin daxili potensialı buna imkan verir. İnfrastrukturun qurulmasınnda vətəndaşlar vergi ödəyicisi kimi iştirak ediblər. Dövlət büdcəsi hesabına bu infrastruktur qurulursa, hər birimiz burada iştirak payına malikik. Ona görə də limitlərin ləğv edilməsi daha doğru addım olardı”.

Natiq Cəfərli bildirib ki, komunal xərclərdə limit hesabında qənaət rejiminə keçmək özünü doğrultmayan yanaşmadır:

“Heç kim israfçılığa yol verib, əlavə ödəniş etmək istəməz. Kimsə bunu edirsə, cibindəki pulu ilə cavabdehlik daşıyır. İsrafçılığı limitin qoyulması ilə azaltmaq mümkün deyil və bunu doğru hesab etmirəm”.

Tarix
2019.12.07 / 15:52
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla