Yuxarı

Əhalinin 43 faizi sığortadan məlumatsızdır - Sorğu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhalinin 43 faizi sığortadan məlumatsızdır - Sorğu

Vətəndaşların əksəriyyəti sosial sığorta haqqında ətraflı məlumatlandırılmağa ehtiyac duyur.

Dövlət Sosial Müdafiə Fondundan Axar.az-a verilən məlumata görə, Fondun keçirdiyi "Hansı məsələlər barədə daha ətraflı məlumatlandırılmağa ehtiyac duyursunuz" interaktiv sorğu başa çatıb.

Sorğuda iştirak edənlərin 42,83 faizi sosial sığorta haqqında ətraflı məlumatlandırılmağa ehtiyac duyduğunu bildirib. Respondentlərin 40,05 faizinin fikrincə, əmək pensiyaları haqqında ətraflı informasiyaya ehtiyac vardır. Rəy bildirənlərin 17,12 faizi isə fərdi uçot sistemi ilə bağlı ətraflı məlumat almaq istəyini ifadə edib.

Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir. "Elektron hökümət" portalının statistikasına əsasən, DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. 2014-cü ildə Fondun 6 yeni elektron xidməti aktivləşdirilərək, "Elektron hökumət" portalına əlavə edilib. İl ərzində Fondun həm öz saytı, həm də "Elektron hökumət portalı" və "Elektron ödəniş portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 milyon 380 min dəfəyə yaxın istifadə sayı qeydə alınıb.

Ötən dövr ərzində bütün zəruri işlər görülərək, məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, bu da beynəlxalq təşkilatın reytinq göstəricisində öz əksini tapıb. Belə ki, "Doing Business 2015" hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

Qeyd edək ki, 2014-cü il 2 aprel tarixli Sərəncamla təsdiq edilən "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"ya uyğun olaraq, Fond müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir.

Bu məqsədlə 4 sayda mərkəzi, 16 sayda regional təqdimat keçirilib. Bakı şəhərinin müxtəlif yerlərində quraşdırılan monitor və banerlərdə sığorta-pensiya sisteminin fəaliyyətini əks etdirən reklam xarakterli məlumatlar yerləşdirilib. Həmçinin, əhalini DSMF-nin elektron xidmətlərindən istifadə etməyə çağıran sosial reklam çarxı hazırlanaraq telekanallarda yayımlanıb.

Tarix
2015.02.05 / 18:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib - Bayramov

907-ci düzəlişin tam ləğv edilməsi... - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla