Yuxarı

IV Beynəlxalq Muğam Festivalı başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
IV Beynəlxalq Muğam Festivalı başlayır

"Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalına hazırlıq gedir.

Axar.az xəbər verir ki, Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən bu tədbir dünyanın bir çox görkəmli musiqiçilərinin və musiqişünas-alimlərinin diqqət mərkəzindədir və hər dəfə öz dairəsini genişləndirir. Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən Muğam festivalının çərçivəsində müxtəlif səciyyəli konsertlərlə yanaşı, Beynəlxalq Elmi Simpozium da xüsusi əhəmiyyətə malikdir. Muğamın şifahi ənənəli musiqi sənəti kimi tədqiqi artıq dünya musiqi elminin prioritet məsələlərindən birinə çevrilib.

Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı çərçivəsində Simpoziumun keçirilməsinə xüsusi diqqətlə yanaşılır. Festival ərəfəsində Simpoziuma hazırlıq məqsədilə konfransların keçirilməsi də ənənəvi hal alıb.

Bu məqsədlə 2015-ci il fevral ayının 9-da və 10-da Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı və Elmi Simpoziumu ərəfəsində konfrans keçiriləcək.

Simpoziumun ümumi mövzusu və müzakirə ediləcək problemlər belədir:

"Muğam/maqam və müasir musiqi yaradıcılığı" -

1. Ənənə və novatorluq: a)Muğam sənəti: ənənə və yeni yozumlar; b)Muğam müasir bəstəkarların yaradıcılığında;

2. Muğam dəstgahlarının notlaşdırılması problemi;

3. Müxtəlif musiqişünaslıq məktəblərində muğam terminologiyası problemi.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda, Bakı Musiqi Akademiyasında, Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışan respublikanın görkəmli musiqişünas-alimləri və eləcə də gənc alimlər konfransa öz məruzələrini təqdim edərək, simpoziuma hazırlıq ərəfəsində muğamın aktual problemlərinin müzakirəsinə toplaşacaqlar.

Tarix
2015.02.05 / 18:43
Müəllif
Axar.az
Digər xəbərlər

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla