Yuxarı

6 hakim işdən uzaqlaşdırıldı: bu hakimlərə isə yeni vəzifə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
6 hakim işdən uzaqlaşdırıldı: bu hakimlərə isə yeni vəzifə...

Prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının birinci bəndində məhkəmə hakimiyyətinə ictimai qınaqla bağlı məsələlər öz əksini tapıb.

Axar.az xəbər verir ki, bu sözləri Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə bu gün keçirilən “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda görüşdə çıxışı zamanı deyib.

O bildirib ki, apreldən etibarən Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” yaradılıb və həmin ay “qaynar xətt”ə 2000-dən çox müraciət daxil olub:

“Qısa müddətdə 50-dən çox məhkəmədə monitorinq keçirilib, 100-dən çox hakimə irad məktubu göndərilib. Bəzi hallarda monitorinqlər nəticəsində ciddi pozuntulara yol verilməsinin şahidi olmuşuq. Bununla əlaqədar 2 hakim məhkəmə iltizamına cəlb edilib. Qısa müddət ərzində Məhkəmə-Hüquq Şurası 6 hakimi işdən uzaqlaşdırıb”.

C.Hüseynov jurnalistlərin hakimlərin fəaliyyəti ilə bağlı narazılıqlarının nəzərə alınaraq hər məhkəmədə hakimlərlə işləmək üçün bir hakim təyin olunduğunu söyləyib:

“Dünyanın hər yerində hakimlər media ilə münasibətlərdə həvəsli deyil. Hakim proses aparır. Prosesə müdaxilə yolverilməzdir. Hakim bu barədə kiməsə məlumat verməyə məcbur deyil və bu onu düşündürmür. Məhkəmə-Hüquq Şurasının ötən iclasında məsələ ciddi müzakirə olundu və hansı tədbirlərin görülməsi zərurəti araşdırıldı. Hakimlər jurnalistlərə operativ məlumat verməkdə çətinlik çəkirlər. Bu da media nümayəndələri arasında narazılıq yardır. Belə qərara gəlindi ki, hər məhkəmədə bir hakim mətbuata cavab versin. Rayonlarda tək hakim var və onun məlumat verməsi məsələsi müzakirə olunur.

Bundan sonra Ağır Cinayətlər Məhkəməsinin sədr müavini Əfqan Hacıyev, Binəqədi Rayon Məhkəməsində Fuad Abdıyev, Xəzər Rayon Məhkəməsində Zeynəb Axundova, Xətaidə Cavid Hüseyn, Qaradağda İslam Həsənov, Nizamidə Babək Qasımov, Nərimanovda Tural Ələkbərov, Nəsimidə Şəlalə Həsənova, Sabunçuda Mehriban Qarayeva, Səbaildə Ülviyyə Şükürova, Abşeron Zülfüqar Sadıqov, Suraxanıda Ceyhun Qədimov, Sumqayıtda Nəriman Abıyev media ilə işləyəcək”.

Tarix
2019.12.10 / 12:37
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla