Yuxarı

"Azercell"dən 5G virtual oyunları və fotomüsabiqə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azercell Telekom ənənəsinə sadiq qalaraq bu il də dekabrın 1-dən yanvarın 6-dək “Nargis Fund” tərəfindən Fəvvarələr meydanında keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına dəstək olur. Xatırladaq ki, xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək.

Axar.az xəbər verir ki, ötən ay Bakının Fəvvarələr Meydanında ilk dəfə 5G sürət sınağını həyata keçirən "Azercell" şirkəti bu ilki yarmarka ziyarətçilərinə müasir zamanın ən qabaqcıl və sürətli əyləncə vasitəsi - 5G virtial oyunlarını təqdim edir. Belə ki, heç bir ləngimə olmadan, sürətli və etibarlı bağlantını təmin olunduğu əsl oyun həyəcanını yarmarkaya gələn hər kəs özü yaşaya bilər. İştirakçılar xüsusi Oculus RIFT dəsti vasitəsilə virtual idman ərazisində “multiplayer” rejimində özlərini çoxsaylı oyunçulardan biri olaraq təsəvvür edəcəklər. Bütün bunlar "Azercell"in ölkəmizdə ilk dəfə olaraq test rejimində təqdim etdiyi 5G sürəti ilə mümkün olacaq.

Bundan əlavə, "Azercell" “Soyuq Əllər, İsti Ürək” yarmarkasına gələn hər kəs üçün Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Rəqəmsal dünyada da həmrəy olaq!” şüarı altında foto müsabiqə elan edir. 5 yanvar 2020-ci il tarixinə qədər keçiriləcək müsabiqənin iştirakçıları müsabiqə mövzusunun atributikasına aid çəkdikləri şəkli Azercell heşteqi altında Feysbuk və İnstaqram səhifələrində yükləməklə şirkətdən dəyərli hədiyyələr əldə edəcəklər.
Müsabiqənin şərtləri ilə aşağıdakı səhifə vasitəsilə daha ətraflı tanış olmaq olar: www.azercell.com/musabiqe

Beləliklə, “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının "Azercell" guşəsini ziyarət edən hər kəs soyuq qış günlərində həm əylənə, həm də hədiyyə qazana biləcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.12.14 / 11:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla