Yuxarı

BNA əməkdaşları tıxaca səbəb oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarından metronun “Koroğlu” stansiyası yaxınlığında üzü şəhər istiqamətində böyük tıxac yaranıb.

Axar.az Yenisabah.az-a istinadla xəbər verir ki, buna səbəb metronun yaxınlığında yerləşən avtomobil duracağına girişin dayandırılmasıdır.

Belə ki, sözügedən metrostansiyanın yaxınlığındakı ərazi bir müddət əvvəl iki hissəyə bölünüb. Kiçik hissə marşrut avtobusları üçün ayrılıb. Avtobuslar oradan keçərək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə üz tuturlar. Digər böyük hissədə isə Bakının kənd və qəsəbələrindən gələn minik avtomobilləri dayanaraq sərnişinləri düşürür və hərəkətə davam edir. Elə həmin hissəyə girişin qadağan olunması nəticəsində minik maşınları sərnişinlərini düşürtmək üçün yolun hərəkət hissəsində dayanmaq məcburiyyətində qalırlar.

Nəticədə üzü şəhər istiqamətində olan yolda avtomobillər 2-3 sıra dayanaraq yolda böyük tıxacın yaranmasına səbəb olublar. Təxminən “Sabunçu keçidi” adlanan ərazidən “Koroğlu” metrosuna kimi olan yolda böyük tıxac yaranıb. Hətta sərnişinlərini düşürtmək üçün avtomobilini yolun yüksək sürətli hissəsində saxlayan sürücülər də olub. Oradan düşüb metroya gəlmək istəyən insanların da həyatı üçün təhlükə yaranıb.

Girişin qadağan olunduğu ərazidə isə Bakı Nəqliyyat Agentliyinin (BNA) avtomobilləri və əməkdaşları dayanıb.

Tarix
2019.12.14 / 12:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla