Yuxarı

Azərbaycanda siqaretlər bahalaşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda siqaretlər bahalaşır

Azərbaycanda idxal olunan tütün məmulatlarının aksizlərinin artması siqaretlərin bahalaşmasına səbəb ola bilər. Bu barədə Trend ə "European Tobacco Baku" (ЕТВ) ASC-nin İdarə Heyətinin sədri Rüfət Quliyev bildirib.

Onun sözlərinə görə, bazarda qiymət dəyişiklikləri yalnız xarici siqaretlərə aid olacaq, yerli məhsulların qiymətləri isə hazırkı səviyyədə qalacaq: "Hər halda bunun necə baş verəcəyini dəqiq demək çətindir. Obyektiv tələb və təklif qanunu var. Əgər adamlar daha yüksək qiymətə siqaret almağa hazır olarlarsa, onda qiymətlər yuxarı sıçraya bilər. Əgər tələb düşərsə, onda qiymətlər çox da qalxmayacaq, ya da ümumiyyətlə, dəyişməyəcək. Qiymətlərdə kəskin sıçrayışın olacağına şübhə edirəm. Əgər dəyişikliklər olarsa, bu, cüzi olacaq".

R.Quliyev qeyd edib ki, bu gün ETB ölkədə siqaretə tələbatın 27-30 faizini ödəyir: "Daha çox satmaq imkanımızın olduğu məlum olarsa, onda istehsalın həcmini artıracağıq. Müəssisənin istehsal gücü bunu etməyimizə imkan verir. Əlbəttə ki, bu bazardakı rəqabətdən asılıdır. Tütün məmulatlarının istehsal həcminin artırılması bir neçə amildən - siqaret istehsalçısı olan böyük şirkətlər arasındakı razılşamalardan, bazardakı tələbdən və xammalın qiymətlərindən asılıdır".

Bu günlərdə Azərbaycan Nazirlər Kabineti respublika ərazisinə gətirilən spirtli içkilərin, tütün məmulatlarının, eləcə də neft məhsullarının yeni aksiz dərəcələrini təsdiqləyib. Onlar 2015-ci il martın 1-dən qüvvəyə minəcək.

Tarix
2015.02.08 / 12:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla