Yuxarı

ARDNŞ-də daha bir ölüm faktı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARDNŞ-nin əməkdaşı iş vaxtı elektrik cərəyanı vurması nəticəsində ölüb.

Axar.az Dövlət Neft Şirkətinin saytına istinadən xəbər verir ki, ölümlə nəticələnən hadisə fevralın 7-də baş verib.

Belə ki, Ə.Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin Elektrik avadanlıqlarının təmiri sexinin 5-ci dərəcəli elektrik montyoru 1974-cü il təvəllüdlü Yunus Güləli oğlu Güləliyev növbədə olarkən həmin gün iş növbəsində olmayan elektrik montyoru Rafiq Əhmədovun xahişi ilə şəxsi məqsədləri üçün yaxınlıqdakı "Qaradağ Maşınqayırma Zavodu" ASC-nin həyətində yerləşən və Ə.Əmirov adına NQÇİ-yə heç bir aidiyyəti olmayan 6 kV-lıq yarımstansiyada ayırıcını açmaq istəyərkən gərginlik altına düşüb. Hadisə nəticəsində Y.Güləliyev saat 15:20-də həlak olub və onun meyiti paylayıcı qurğuda aşkar edilib.

Məlumata görə, Y.Güləliyev iş yerini rəhbərliyə məlumat vermədən və qanunsuz olaraq tərk edib. Y.Güləliyevin meyiti Məhkəmə tibbi ekspertizasına aparılaraq müayinə olunub. Müayinə nəticəsində onun elektrik cərəyanının təsirindən öldüyü məlum olub.

Hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən araşdırma aparılır.

Tarix
2015.02.09 / 13:52
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla