Yuxarı

Fondda geniş kollegiya iclası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fondda geniş kollegiya iclası keçirildi

Dövlət Sosial Müdafiə Fondunda 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Fonddan Axar.az-a verilən məlumata görə, DSMF sədri Elman Mehdiyev iclasda Fondun ötən il üçün büdcəsinin icrası haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, 2014-cü ildə Fondun gəlirləri 2013-cü ilə nisbətən 223 mln. manat və ya 8,3 faiz artaraq 2894,3 mln. manata yüksəlib. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1744,9 mln. manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8 mln. manat çoxdur. 2014-cü ildə sosial sığorta haqlarının 64,6 faizi və ya 1126,4 mln. manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə nisbətən 13,5 faiz və ya 134,4 mln. manat artıqdır.

Ötən il ərzində DSMF-nin xərcləri 2868,8 mln. manat təşkil edib və bunun da 2809,1 mln. manatı və yaxud 98 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2738,5 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 70,6 mln. manat təşkil edib.

Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin əvvəlinə nisbətən 285 min nəfər artaraq 2 milyon 976 min nəfərdən çox təşkil edib.

2014-cü il ərzində Fondun Aparatına vətəndaşlardan 7986 (2013-cü il ilə müqayisədə 10 faiz az) müraciət, onlardan 2419 ədədi elektron poçt vasitəsilə daxil olub. Fondun sədri tərəfindən aparatda 59, regionlarda isə 351 vətəndaş qəbul edilərək müraciətlərinə baxılıb.

Tarix
2015.02.11 / 17:12
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla