Yuxarı

DİN cərimələrinin ödənişi asanlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN cərimələrinin ödənişi asanlaşdı

Daxili İşlər Nazirliyinin təyin etdiyi cərimələr bundan sonra onlayn ödəniləcək.

Axar.az xəbər verir ki, DİN-nin "Rüsum və cərimələrin ödənişi" elektron xidmətinin "Elektron hökumət" portalı üzərindən göstərilməsinə başlanılıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, e-xidmət vasitəsilə istifadəçilər rüsum və cərimələrin ödənişini heç yerə getmədən, vaxt itirmədən onlayn qaydada həyata keçirə bilərlər.

Sözügedən xidmətdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin seriyası/nömrəsi, VÖEN, sürücülük vəsiqəsinin seriyası/nömrəsi, sənədin nömrəsi, protokol seriyası/nömrəsi tələb olunur. Həmçinin xidmətdən qeydiyyatdan keçmədən də yararlanmaq mümkündür.

Qeyd edək ki, hazırda "Elektron hökumət" portalında Daxili İşlər Nazirliyinin "Rüsum və cərimələrin ödənişi" xidməti ilə yanaşı, "FİN-ə görə fərdi məlumatların axtarışı" və "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar" e-xidmətləri göstərilir.

Tarix
2015.02.11 / 22:02
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycan ilə Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla