Yuxarı

Azərbaycanda yeni kanal yaradıldı - Təqdimat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yeni kanal yaradıldı - Təqdimat

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Yaradıcılıq Fondu və Bakı Slavyan Universitetinin təsis etdikləri "Mədəniyyət Plyus" İctimai Birliyinin nəzdində yaradılan "Kulturaplus" internet televiziyasının təqdimatı olub.

AzərTAc xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev çıxış edərək Prezident İlham Əliyevin ölkəmizdə multikulturalizmin inkişaf etdirilməsi istiqamətində gördüyü işlərin bu ideyanın meydana gəlməsində əsas rol oynadığını deyib. Bildirilib ki, Azərbaycan bu gün çoxmillətli, çoxkonfessiyalı bir ölkə kimi bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələrinə diqqət eyni səviyyədədir. Elə multikulturalizmin əsas şərtlərindən biri də budur.

Dövlət müşaviri deyib ki, yeni yaranan internet televiziya vasitəsilə Azərbaycan həqiqətləri, ölkəmizdəki inkişaf prosesləri müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılacaq. Bu televiziya Azərbaycanın maarifçilik ənənələrinə uyğun olaraq keçmişimizi, milli mənəvi dəyərlərimizi, mədəni irsimizi öyrənməyi, multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin təbliğini qarşısına məqsəd qoyub.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə həyata keçirdiyi böyük layihələri ilə tanınır. Son 10 ildə Azərbaycan həm də regionun mənəvi mərkəzinə çevrilib. Ölkəmizdə hər il multikulturalizm, mədəniyyətlərarası dialoq və digər mövzularda beynəlxalq tədbirlərin keçirilməsi heç də təsadüfi deyil. Dünyanın bir çox yerlərində münaqişələr baş verir, ancaq Azərbaycanda fərqli dinlərin və millətlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar.

Tədbirdə məlumat verilib ki, "Kulturaplus" internet televiziyasının əsas məqsədi dünyanın müxtəlif ölkələrində Azərbaycana olan münasibətin həmin ölkələrin cəmiyyətləri tərəfindən tənzim edilməsinə kömək etməkdir. Burada, eyni zamanda, dünya ictimaiyyəti üçün önəmli şəxsiyyətlərin – siyasətçilərin, incəsənət nümayəndələrinin və ictimai xadimlərin Azərbaycan haqqında fikirləri səslənəcək. Onlar Azərbaycana olan münasibətləri ilə dünyada Azərbaycan həqiqətlərinin daha effektiv şəkildə yayılmasını təmin edəcəklər.

İnternet televiziyada materiallar Azərbaycan, ingilis, rus və digər dillərdə yayılacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maddi-texniki dəstəyi ilə yaradılan televiziya dünyanın istənilən nöqtəsindən müraciət edə bilən və bu zaman dil baryeri ilə qarşılaşmayan auditoriya üçün açıq bir teleməkandır. Tamaşaçılar "Kulturaplus" televiziyasında həm Azərbaycan, həm də bütövlükdə dünya barədə maraqlı verilişlər izləyəcəklər.

İnternet televiziyanın fəaliyyətinə televiziya və mətbuat sahəsində kifayət qədər təcrübəsi olan və ictimaiyyət tərəfindən tanınan simalar cəlb edilib.

Tarix
2015.02.12 / 11:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla