Yuxarı

Fond daha bir universitetdə görüş keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fond daha bir universitetdə görüş keçirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları Azərbaycan Dövlət Dillər Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi ilə görüşüblər.

Axar.az xəbər verir ki, universitetin tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev çıxışında Bilik Fondunun universitetlərlə sıx əlaqələr qurmasının təhsilin inkişafına, cəmiyyətin maariflənməsinə böyük təkan verdiyini bildirib. Professor Dillər Universitetinin Bilik Fondu ilə uğurlu əməkdaşlıq edəcəyinə, tələbə və müəllimlərin Fondun layihələrinə cəlb olunacağına əminliyini bildirib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Fondun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Fondun Könüllülər Birliyindən danışan O.Səmədov universitetin kollektivini könüllülərin sıralarına qoşulmağa çağırıb.

Görüşdə Bilik Fondunun fəaliyyətini geniş əks etdirən filmin nümayişindən sonra iştirakçıların sualları cavablandırılıb, təklifləri qeydə alınıb.

Tarix
2015.02.13 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla