Yuxarı

Altay maralları Azərbaycanda bəslənilir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Altay maralları Azərbaycanda bəslənilir - Video

Şəmkir rayonunun Çənlibel kəndi ərazisində bir neçə ildir ki, Altay maralları bəslənir. İri buynuzları ilə diqqət çəkən bu marallardan artıq bala da alınıb. Yerli iqlimə uyğunlaşan maralların saxlandığı məkan turistlərin də diqqətini cəlb edib.

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, Altay maralları Şəmkirin dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən Çənlibel kəndini özlərinə məskən seçib. Heyvanlar üçün burda 50 hektar ərazi ayrılıb.

Yeni yerlərində maralların yaşaması, qidalanması və xarici amillərdən, xüsusən də yırtıcı heyvanlardan qorunması üçün xüsusi şərait də yaradılıb.

Maralları bəsləyən Elbrus Əliyev deyir ki, onlar olduqca həssas heyvanlardır. Hazırda buynuzlu erkək maralların sayı 5, dişilərin sayı isə 50-dir. Artıq onlar yeni yerlərində nəsil də verib. Altay maralları iqlimə də artıq uyğunlaşıblar. İnsanlar Çənlibelə, maralların məskəninə çevrilən bu dağlıq ərazilərə onları görmək üçün gəlirlər.

Yaxın gələcəkdə bura gələn turistlər üçün hostellər də tikiləcək.

Tarix
2020.01.12 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla