Yuxarı

Lerikə yarım metrdən çox qar yağdı – Faktiki hava

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, yanvarın 19-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb. Düşən yağıntının miqdarı Lənkəranda 33 mm, Lerikdə 14 mm, Astarada 12 mm, Yardımlıda 9 mm, Ordubadda 3 mm, Naxçıvan və Şahbuzda 2 mm, Ağdərə(Ordubad), Sədərək, Qusar, Quba, Biləsuvarda 1 mm , Bakıda və Abşeron yarımadasında 1-3 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü isə Lerikdə 55 sm, Sarıbaşda(Qax) 39 sm, Kişçayda 14 sm, Ordubadda 10 sm, Yardımlı, Xınalıq, Altıağacda 8 sm, Xaltan, Qrızda 7 sm, Şahbuzda 5 sm, Naxçıvanda 4 sm, Şahdağda 3 sm, Şərur və Şahbuzda 2 sm, Gədəbəy, Şəki, Qubada 1 sm olub.

Havanın minimal temperaturu dağlıq rayonlarda 5-7 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 11-14 dərəcə şaxta olub.

Tarix
2020.01.19 / 13:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla