Yuxarı

Kirayə yolla satılan mənzillərin - Qiyməti

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kirayə yolla satılan mənzillərin - Qiyməti

Ötən gündən etibarən kirayə üsulu ilə veriləcək evlərin siyahısı açıqlanıb. Bu mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” metrostansiyaları ətrafında), 40-ı Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.

Axar.az Fed.az-a istinadən xəbər verir ki, mənzillərin qiyməti Bakının ərazisindən asılı olmayaraq eynidir və 1 850 manat ətrafında dəyişir. Belə ki, Xətai rayonunun Gəncə prospektində sahəsi 96.7 kvadratmetr olan mənzilin satış qiyməti 178.1 min manatdır. Başqa sözlə, mənzilin bir kvadratmetrinin qiyməti 1 841 manata başa gələcək. Belə mənzili 25 illik, yəni 300 aylıq müqavilə ilə kirayə götürmək üçün aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7 122 manat təşkil edəcək.

Elə həmin ərazidə sahəsi 86.4 kvadratmetr olan mənzilin qiyməti 159.1 min manatdır, yəni kvadratmetri 1 841 manat təşkil edir. Belə mənzili almaq üçün aylıq ödəniş 530 manat, ilkin ödəniş 6 364 manat təşkil edir.

102.6 kvadratmetrlik mənzilin qiyməti isə 188.9 min manatdır. Bu mənzili 300 aylığa almaq üçün aylıq ödəniş 630 manat, ilkin (yəni 12 aylıq) ödəniş 7 557 manatdır. Sahəsi 111.3 kvadratmetr olan mənzilin qiyməti isə 204 954 manat təşkil edir. Aylıq ödənişi 683 manat, ilkin ödəniş 8 198 manatdır. Xırdalan şəhərindəki mənzillərin qiyməti də bu həddədir. Belə ki, Xırdalanda sahəsi 68.3 kvadratmetr olan 1 otaqlı mənzilin qiyməti 127.3 min manatdır. Bu mənzilin kvadratmetri 1 863 manat təşkil edir.

Tarix
2020.01.20 / 01:19
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla