Yuxarı

Baş redaktordan çağırış: “Məni səfir göndərin”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş redaktordan çağırış: “Məni səfir göndərin”

"21 ildən artıqdır ki, Ermənistanın və 60 digər ölkənin səfirliyi Bağdadda fəaliyyət göstərir. Amma hələ də bizim Bağdadda səfirliyimiz yoxdur".

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanda nəşr olunan kürdilli "Diplomat" qəzetinin baş redaktoru Tahir Süleyman deyib. Baş yazarın sözlərinə görə, Xarici İşlər Nazirliyinə onun Ərbil şəhərinə konsul göndərilməsini təklif edib.

T.Süleyman Ermənistanın İraqın Kürdistan Muxtariyyətində konsulluq açmasından bərk narahatlıq keçirdiyini dilə gətirib. Baş redaktor yada salıb ki, Prezident İlham Əliyevin İraqda səfirlik açılmasıyla bağlı sərəncamından 4 ildən çox vaxt keçir.

Eyni zamanda XİN-dən onun məktubuna verilən cavaba prezidentin sərəncamını xatırladaraq təkrar müraciət göndərib.

"Əgər başqaları təhlükəsizlik problemləri səbəbindən ora getməyə qorxursa, ehtiyat edirsə, məni göndərsinlər. İraqda ən azı özlərini azərbaycanlı hesab edən 2,5 milyon türkman və 5 milyona yaxın kürd qardaşımız yaşayır.

Türkman qardaşlarımızın Azərbaycana gediş-gəlişi çətindir. Səfirlik açılsa, problemlər həllini tapar. Ərbildə təhlükəsizlik təmin olunub. Hesab edirəm ki, Prezidentimiz İlham Əliyevin Bağdadda səfirliyin açılması üçün verdiyi Sərəncama qeyri-şərtsiz əməl olunmalıdır".

Qeyd edək ki, Kürdüstan bölgəsinin Baş naziri Neçirvan Bərzani Ermənistanın İraqdakı səfiri Karen Qriqoriyanı qəbul edib. Görüş zamanı bildirilib ki, Ermənistan Ərbildə öz konsulluğunu açacaq və həftədə iki dəfə Ərbil-İrəvan təyyarə reysi olacaq.

Azərbaycan XİN Bağdadda vəziyyətin qeyri-stabil olması səbəbindən səfirlik və ya konsulluğun açılmasının ertələndiyini rəsmi olaraq açıqlayıb.

Tarix
2015.02.16 / 22:47
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla