Yuxarı

Daxili İşlər Nazirliyində işləmək istəyənlərin - Diqqətinə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daxili İşlər Nazirliyində işləmək istəyənlərin - Diqqətinə

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN), nazirliyin müvafiq qurumlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vuran, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunan qaydada yoxlanılacaqdı.

Ali təhsilli və kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcəkdi.

İştirak etmək istəyən şəxslər 2020-ci ilin yanvar ayının 21-dən fevral ayının 21-dək mia.gov.az./?/az/content/29779/ ünvanda yerləşdirilən elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına DİN-in Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012)-590-94-12; (012)-590-93-45.

(012)-590-92-37; (012)-590-97-52;

Tarix
2020.01.22 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...

Rusiya inanmadı, panikaya düşdü, Bakını suçladı - Video

Solovyov rus elitasını təhqir etdi - Son yaxınlaşır?

Zelenskinin Trampa cavabı gülüş doğurdu - Video

Qalina Mehdiyeva hələ də vergi borcunu ödəməyib

Putinə zəng edəcəm, müharibəni bitirmək istəyir - Tramp

Bu, Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi

Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm

Onların ölkəyə qaytarılması üçün sistemli iş aparılır - Nazir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla