Yuxarı

Paşayeva 100 sakinlə təkbətək görüşdü, sonra... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva 100 sakinlə təkbətək görüşdü, sonra... - Foto

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva Tovuz rayonunda gün ərzində fərdi şəkildə görüşmək istəyən 100-dən artıq sakini qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə Q.Paşayeva onların problemləri, qayğı və təkliflərini dinləyib, sakinlərin qaldırdığı məsələlərin hamısına diqqətlə yanaşaraq bu barədə müvafiq qurumlara müraciətlər edəcəyini deyib.

Fərdi görüşlərdə iştirak edən seçicilər Q.Paşayevanın millət vəkili kimi 14 illik fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. Onlar vurğulayıblar ki, Q.Paşayeva sakinlərlə mütəmadi olaraq görüşüb, rayonun və onların problemlərinin həlli istiqamətində daim əlindən gələni edib.

“Biz bunların şahidiyik və bu seçkilərdə də sizə dəstəyimiz və etimadımız davam edəcək”, - sakinlər deyiblər.

Görüşlərdə iştirak edən sakinlərə dəstək və etimadları üçün təşəkkürünü bildirən Q.Paşayeva bundan sonra da onların etimadına layiq olmağa çalışacağını vurğulayıb.

Q.Paşayeva həmçinin bir sıra şəhid ailələri, müharibə əlilləri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb.

Seçkilərdə təkrar ona dəstək və etimad göstərəcəyini deyən şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, veteranlarına Q.Paşayeva dərin təşəkkürünü bildirib.

Q.Paşayeva həmçinin Qovlar şəhərini gəzərək sakinlərlə görüşüb.

Tarix
2020.01.23 / 22:42
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

Əliyev və Pezeşkianın görüşündəki rəsmin mesajı...

Azərbaycan Türkiyə və İsrail arasında... - İsrail

Simonyan Bakıya mümkün səfəri barədə danışdı

Bayramov Kestutis Budrislə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla