Yuxarı

Həsənquliyev seçkiyə hansı təkliflərlə gedir? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həsənquliyev seçkiyə hansı təkliflərlə gedir? - Foto

36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirib.

Axar.az xəbər verir ki, Xətai rayonunda yerləşən Hacı Zeynalabdin Tağıyev adına Toxuculuq Kombinatının klubunda baş tutan görüşdə Qüdrət Həsənquliyev seçicilərə öz platforması barədə məlumat verib.

BAXCP sədri dövlət quruculuğu, sosial və iqtisadi sahələrlə bağlı öz fikirlərini bölüşüb. Eyni zamanda islahatların önəmini vurğilayan Qüdrət Həsənqulyev təhsil, peşəkar ordu quruculuğu, özəl sektorla bağlı fikirlərini bölüşüb, Qarabağ probleminin həlli ilə bağlı düşüncələrini seçicilərin diqqətinə çatdırıb.

Qüdrət Həsənquliyev parlamentli respublika modelinə keçilməsininin, proporsional seçki sisteminin bərpa olunmasınınin, partiyaların və siyasi partiyalar blokunun parlamentdə 2/3-dən artıq yerə sahib olmaması üçün məhdudlaşdırıcı normaların qəbul edilməsinin, parlamentdə ən azı 3 siyasi partiyanın təmsil olunması üçün yeni Seçki Məcəlləsinin qəbul edilməsinin, 10 nəfər millət vəklinin fraksiya yaratmaq hüququnun tanınmasının vacibliyini vurğulayıb. BAXCP sədri həmçinin ümumi hərbi çağırış müddətinin 6 aya endirilməsinin, məhkəmə-hüquq sistemində islahatların davam etdirilməsinin, Korrupsiyaya qarşı Mübarizə Komissiyasının korrupsiyanın subyekti olmayan müstəqil şəxslərdən təşkil edilməsinin vacibliyini seçicilərin diqqətinə çatdırıb və digər məsələrlə bağlı fikirlərini bölüşüb.

Sosial sahə ilə bağlı danışan Qüdrət Həsənquliyev bildirib ki, pensiyalar minimum əməkhaqqının 80 faizinə qədər artırılmalı və minimum 500 manata çatdırılmalıdır. İlkin mərhələdə 15 yaşadək uşaqlara 25 manat, sonrakı mərhələlərdə isə 50 və 100 manat məbləğində müavinətlərin verilməsi, müəllimlərin əməkhaqlarının ilkin mərhələdə 2 dəfə artırılması, işsizlərin minimum əməkhaqqının 80 faizi (400 manat) mislində müavinətlə təmin olunmasının önəmini qeyd edib.

İqtisadi sahə ilə bağlı danışan BAXCP sədri bütün xidmət sahələrinin, dövlət mülkiyyətində olan istehsal və emal, əksər səhiyyə və təhsil müəssisələrinin özəlləşdirilməsini, habelə SOCAR-ın bir neçə yerə bölünərək özəlləşdirilməsini, özəlləşdirmə prosesində üstünlüyün yerli şirkətlərə verilməsini, bank-maliyyə sektorunda islahatların aparılmasını, Neft Fondunun vəsaitlərinin bir hissəsini yerli banklarda saxlamaqla sahibkarların ucuz kreditlərə çıxışının təmin edilməsini, inhisarçılığa son qoyulmasının vacibliyini seçicilərin diqqətinə çatdırıb.

Tarix
2020.01.24 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla