Yuxarı

Ramin Əhmədov daha bir izdihamlı görüş keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramin Əhmədov daha bir izdihamlı görüş keçirdi - Foto

16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədovun seçicilərlə görüşü davam edir.

Axar.az xəbər verir ki, R.Əhmədov növbəti görüşü Əhməd Cəmil küçəsinin sakinləri ilə baş tutub. Qısa müddət ərzində seçicilər arasında xüsusi rəğbəıt qazanan deputatlığa namizəd, əvvəlki bütün görüşlərində olduğu kimi, Əhməd Cəmil küçəsində də böyük coşqu və alqışlarla qarşılanıb.

Artıq seçim etdiklərini, Ramin Əhmədovu deputatları kimi görmək istədiklərini deyən sakinlər fevralın 9-da keçiriləcək seçkilərdə aktiv iştirak edəcəklərini bildiriblər.

Sakinlər qeyd edib ki, namizədlər arasında ən çox tanıdıqları və fəaliyyətini izlədikləri R.Əhmədovdur və onun daim yanlarında olacağına, problemlərinə həssaslıqla yanaşacağına inanırlar.

Öz növbəsində Ramin Əhmədov ona deputat mandatının xalqa, konkret olaraq Yasamal seçicilərinə xidmət etmək üçün gərək olduğunu vurğulayaraq, görüş iştirakçılarını seçki günü fəal olmağa, ölkənin gələcək inkşafında böyük rol oynayacaq Milli Məclis seçkiləri kimi böyük prosesdə aktiv iştiraka çağırıb. Deputatlığa namizəd ölkədə aparılan islahatların uğurlu nəticələrindən də söz açaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacağını vurğulayıb.

İzdihamlı görüşdə Ramin Əhmədovun fikirləri alqışlarla müşayət olunub. Görüşdə həmçinin sakinlərin qaldırdığı məsələlər də dinlənilib.

Tarix
2020.01.29 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi

Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər

İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri

Azər Bayramov nazir müavini təyin edildi

Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?

İran Ermənistana qarşı hərəkətə keçdi

Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar

İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir

Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu

XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla