Yuxarı

Koronavirusu dua ilə müalicə etmək... - İlahiyyatçı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronavirusu dua ilə müalicə etmək... - İlahiyyatçı

Çində yayılan və artıq bir neçə ölkəyə keçən koronavirusun qarşısının alınması hələlik mümkün olmasa da, artıq bəzi din xadimləri bununla bağlı qəribə fikirlər səsləndirirlər. Belə ki, Dalay Lama buddistlərə koronavirus epidemiyasını aradan qaldırmaq üçün “Tara mantrası”nı mümkün qədər tez-tez oxumağı tövsiyə edib. Gürcü patriarxı II İlya isə bu virusun imanı gücləndirmək üçün bir sınaq olduğunu adlandıraraq, insanları dua etməyə səsləyib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bütün bunların cəfəngiyyat olduğunu bildirib:

“Mən bu iddianı biabırçılıq adlandırardım. Allah səmavi kitabları göndərib ki, oxuyub dərk edək. Amma biz onu müalicə məqsədilə oxuyuruq. Guya bunu etməklə nə isə düzələcək. Allah bizim mənəvi olaraq sağalmağımızı istəyir. Yoxsa hansısa formada nəsə oxumaqla heç nə dəyişən deyil.

Bildiyimiz kimi, Dalay Lama buddizmlə əlaqədar olan din xadimlərindən biridir. Guya yuxarılardan külək vurduqca dualar ətrafa yayılır və insanlar o zaman orada həmin duaların təsirindən faydalanırlar. Faktiki olaraq həmin duaların olduğu bir yerdən bu virus yayılırsa, onda belə çıxır ki, elə virus özü dua vasitəsilə yayılır”.

İlahiyyatçının sözlərinə görə, bu düşüncədə olan müsəlman din xadimləri də var:

“Quran ayələrini suya salıb, həmin suyu içirlər, bəziləri üstünə üfürürlər. Bunlar hamısı uydurmadır, yalandır, insanları dinlə aldatmaqdır. Ona görə də elmlə, ağılla bunu araşdırıb, lazımi dərmanı tapıb insanları bu bəladan xilas etmək lazımdır. Bir insan hərəkətə keçməlidir, cəhd etməlidir. İnsan cəhd edir, sonda həmin işin nəticəsini Allaha həvalə edir. Dua əslində budur”.

Tarix
2020.02.03 / 17:31
Müəllif
Səidə Vahid
Digər xəbərlər

Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirdi

Meloninin Bakı səfəri başa çatdı

Əliyev və Meloni mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

Starmer İrəvanda Azərbaycana qarşı bu sualı rədd etdi

Prezident Meloninin şərəfinə şam yeməyi verdi

Paşinyan Ərdoğanın müavini ilə görüşündən yazdı

Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı

Speys TV-nin yeni rəhbəri danışdı: Hədəfimiz böyükdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla