Yuxarı

Ordumuzun nə qədər texnikası var - Reytinq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuzun nə qədər texnikası var - Reytinq

Dünya ölkələri üzrə orduların yeni reytinqi açıqlanıb.

Report xəbər verir ki, siyahını "Global Fire Power" araşdırma şirkəti hazırlayıb.

"2020: hərbi güc reytinqi" adlı sənəd ümumilikdə 138 ölkənin Silahlı Qüvvələrini əhatə edib. Reytinq hazırlanan zaman ordu ilə bağlı 6 göstərici əsas götürülüb. Bunlar illik hərbi büdcə, orduda xidmət edən şəxsi heyətin, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, pilotsuz uçan aparat və helikopterlərin, eyni zamanda qırıcı təyyarələrin, tankların sayı və hərbi donanma üzrə göstəricilərdir.

"Global Fire Power" şirkətinin araşdırması nəticəsində məlum olub ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir. Belə ki, Azərbaycan Ordusu 138 ordu arasında gücünə görə 63-cü pilləni tutub.

Siyahıda Gürcüstan 93-cü, Ermənistan isə 112-ci sırada qərarlaşıb.

Araşdırmaya görə, Azərbaycanın hərbi büdcəsi 2 milyard 805 milyon ABŞ dollarıdır. Ümumi hərbçi sayı 426 min nəfərdir. Onlardan 126 mini aktiv şəxsi heyətdir və hazırda hərbi xidmətdədir, 300 min nəfər isə ehtiyatdadır.

Azərbaycan Hərbi Hava Qüvvələrinin aktivində 29 hərbi təlim təyyarəsi, 17 qırıcı təyyarə, 88 helikopter və 17 qırıcı helikopter mövcuddur. Quru Qoşunların aktivində 570 tank var. Azərbaycan Hərbi Donanması 4 sualtı qayığa, 13 patrul, 7 minaaxtaran gəmiyə, 1 freqat (kiçik döyüş gəmisi) daxil olmaqla 31 gəmiyə malikdir.

Siyahıdan məlum olur ki, işğalçı Ermənistan hərbi güc baxımından, demək olar, bütün göstəricilər üzrə Azərbaycandan geridə qalır. Araşdırmaya görə, Ermənistanın hərbi büdcəsi 1 milyard 385 milyon ABŞ dollarıdır. Ümumi hərbçi sayı 245 min nəfərdir. Aktiv personal 45 min, ehtiyatda olanların sayı isə 200 mindir.

Ermənistan Hərbi Hava Qüvvələrinin aktivində 13 hərbi təlim təyyarəsi, 9 qırıcı təyyarə, 37 helikopter və 20 qırıcı helikopter var. Quru qoşunları 110 tanka malikdir. Ermənistanda hərbi donanma mövcud deyil.

Siyahıya ABŞ ordusu başçılıq edir. Ondan sonra Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Fransa, Böyük Britaniya, Misir, Braziliya gəlir.

Türkiyə dünyada 13-cü ən güclü orduya malikdir. Qonşu ölkələrdən İran 14-cü yerdədir.

Tarix
2020.02.04 / 12:18
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla