Yuxarı

Azərbaycanda islam bankçılığı müzakirə edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda islam bankçılığı müzakirə edildi

İslam bankçılığının Azərbaycanda inkişafına təkan vermək üçün qanunvericilikdə dəyişikliklər ediləcək.

Axar.az xəbər verir ki, bu fikri "İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər" mövzusunda beynəlxalq toplantıda millət vəkilləri səsləndirib. Onların fikrincə, məhz müsəlman qaydalarına uyğun fəaliyyət göstərən bankların ipoteka şərtləri gənc ailələrin köməyinə gələ bilər.

Qeyd edək ki, hazırda islam maliyyəsi 1,3 trilyon ABŞ dolları həcmində dövriyyəyə malikdir. Həmin vəsaitlər dünyanın 75 ölkəsində 400-dən çox maliyyə təşkilatı tərəfindən idarə olunur. Azərbaycanda isə artıq 7-dən çox bank, lizinq, mikrokredit təşkilatı islam maliyyəsindən yararlanır.

Tədbirin məqsədi İslam maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, ictimai xadimləri, investorları və digər maraqlı tərəfləri bir araya toplayaraq onların təkliflərini toplamaq, innovativ fikirləri paylaşmaq, iştirakçıların təmsil olunduqları ölkələr üçün İslam maliyyəsinin tətbiqi sahəsində tövsiyələr hazırlamaqdan ibarətdir.

Toplantıda AMEA–nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinasiya ofisinin koordinatoru Mustafa Haşim Polad və İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev İslam maliyyəsinin tətbiqini genişləndirməyin əhəmiyyətindən danışıblar. Müsəlman ölkələrindən tədbirə qatılan qonaqlar da öz təcrübələrini bölüşüb.

Tarix
2015.02.19 / 21:45
Müəllif
Axar.az
Digər xəbərlər

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla