Yuxarı

Əbülfəs Qarayev Şvıdkoyu qəbul etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyu qəbul etdi.

Axar.az xəbər verir ki, görüşdə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov da iştirak edirdi.

Qonaqları səmimi salamlayan nazir Azərbaycan ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi. Yanvar ayının sonunda paytaxtımızda keçirilən “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfransın böyük rezonans doğurduğunu diqqətə çatdıran Əbülfəs Qarayev bu tədbirlə bağlı müsbət rəylərin səsləndiyini vurğuladı. Qeyd olundu ki, gələcəkdə bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, birgə layihələrin reallaşdırılması böyük əhəmiyyət kəsb edir.

Ölkəmizin qədim və zəngin mədəniyyəti, irs nümunələri haqqında qonaqlara məlumat verən nazir eyni zamanda incəsənət sahəsində Rusiya ilə uğurlu əlaqələrdən söz açdı, Azərbaycanın müxtəlif ölkələrlə də faydalı əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Vurğulandı ki, son illərdə Rusiya ilə mədəni əlaqələr yüksələn xətlə inkişaf edir və hər iki ölkədə keçirilən tədbirlər bunun bariz nümunəsidir.

Əbülfəs Qarayev iki ölkə arasında mədəni əlaqələrin inkişafında Heydər Əliyev Fondunun dəstəyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin xüsusi əhəmiyyət kəsb etdiyini dedi və bu tədbirlərin hər zaman maraqla qarşılandığını söylədi.

Nazir söhbət əsnasında rusiyalı qonağı bu il Bakıda yeddinci dəfə keçiriləcək Beynəlxalq Humanitar Forumda yaxından iştiraka dəvət etdi.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy səmimi qəbula görə təşəkkürünü bildirdi. O, Azərbaycanın bu il Sankt-Peterburq şəhərində keçiriləcək IX Beynəlxalq Mədəniyyət Forumunda “fəxri qonaq ölkə” statusunda təmsil olunması ilə bağlı fikirlərini bölüşərək Azərbaycan nümayəndə heyətini bu mötəbər tədbirdə görməkdən məmnun olacağını diqqətə çatdırdı.

Daha sonra görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdi.

Tarix
2020.02.06 / 22:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla