Yuxarı

Kamaləddin Qafarov Milli Qəhrəmanın doğmaları ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamaləddin Qafarov Milli Qəhrəmanın doğmaları ilə görüşdü

9 saylı Binəqədi ikinci seçki dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarov Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun qardaşları Azad və Sahiblə görüşüb.

Axar.az xəbər verir ki, K.Qafarov Vətənin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə 109 soydaşımızın Azərbaycanın Milli Qəhrəmanı kimi yüksək və şərəfli ada layiq görüldüyünü deyib:

“Onlardan biri də Binəqədinin yetirməsi olan Fərhad Hümbətovdur. Fərhad 1992-ci il martın 29-da Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girmiş, yaralıları xilas etsə də, özü qəhrəmancasına həlak olmuşdu. Fərhad və onun kimi qəhrəmanların əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır. Onlar millətimizin qürur mənbəyi, əbədiyyət simvoludur”.

Azad və Sahib Hümbətovlar qardaşlarının xatirəsinə yüksək dəyər verdiyinə, onlarla səmimi görüşə, yüksək diqqət və qayğıya görə Kamaləddin Qafarova minnətdarlıqlarını bildiriblər. Onlar qeyd edib ki, qədirbilən xalqımız Milli Qəhrəmanımızın xatirəsini daim uca tutur. Rayonumuzda onun adını daşıyan mədəniyyət və istirahət parkında qəhrəmanın əzəmətli büstü qoyulub.

Kamaləddin Qafarov Azad və Sahib Hümbətovlar qardaşları ilə ətraflı fikir mübadiləsi edib, onların problem və qayğıları ilə maraqlanıb, bir sıra məsələlərin həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirib.

Tarix
2020.02.07 / 10:24
Müəllif
Axar.az
Digər xəbərlər

İran təsəvvürləri alt-üst etdi: Avropa da təhlükədə...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla