Yuxarı

İsrailli müşahidəçi: Buna ümid etmirdik, amma...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrailli müşahidəçi: Buna ümid etmirdik, amma...

Azərbaycanda bu gün keçirilən parlament seçkilərini izləyən israilli müşahidəçilər seçkinin nəticəsini müsbət qiymətləndiriblər.

Axar.az xəbər verir ki, seçkinin nəticələri ilə bağlı keçirilən tədbirdə İsraildən olan beynəlxalq müşahidəçi Roman Quryeviç seçkilərin şəffaf və effektiv keçirildiyini deyib.

R.Quryeviç Bakının 6 məntəqəsində apardıqları müşahidələrə əsasən, səsvermədə gənclərin daha çox iştirak etdiklərini bildirib:

"Bu da müsbət haldır. Seçkidə hər kəs öz işini bilirdi və qanun pozuntusu qeydə alınmayıb".

Digər israilli müşahidəçi Boris Qrosman da əlavə edib ki, artıq Azərbaycanda seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsinə ehtiyac yoxdur:

"Mən düşünürəm ki, siz artıq özünüz başqa ölkələrdə müşahidəçisi kimi iştirak edə bilərsiniz. Seçkiyə babalar, nənələr öz nəvələri ilə gəlirdilər. Belə soyuq, şaxtalı və küləkli havada seçicilərin gələcəyinə ümid etmirdik. Amma insanlar çox həvəslə, sevinərək seçkiyə gəlirdilər".

B.Qrosman bildirib ki, İsrail Azərbaycanı sevir və dəstəkləyir. Azərbaycan da İsrail üçün həmişə qardaş və dost ölkə olacaq.

Digər müşahidəçi Aleksey Keysar isə qeyd edib ki, Azərbaycanda insanlar üçün onların həyatlarını dəyişdirən demokratik seçkilərin keçirilməsi və orada iştirak vacibdir. Ona görə də insanlar seçkidə fəal iştirak edirdilər, çünki onlar ölkənin tarixinə biganə deyillər.

Tarix
2020.02.09 / 21:43
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla