Yuxarı

“Embavud” yanır - 3 rayon səfərbər olundu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Embavud” yanır - 3 rayon səfərbər olundu - Video

Masallıda güclü yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə fevralın 21-də saat 23.00-da "Embavud"mebel istehsalı fabrikinə məxsus anbarda qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi göndərilib.

Lakin yanğın şiddətləndiyindən və əhatə dairəsi getdikcə genişləndiyindən qonşu Lənkəran, Cəlilabad, Biləsuvar rayonlarından, həmçinin Göytəpə şəhərindən hadisə yerinə əlavə olaraq yanğınsöndürən briqadalar cəlb edilib.

Yanğını lokallaşdırmaq hələlik mümkün olmayıb.

Yanğının böyük bir ərazini əhatə etdiyi və müəssisəyə xeyli ziyanın dəydiyi bildirilir.

FHN də hadisə barədə məlumat yayıb. Nazirlikdən verilən məlumatda bildirilir ki, Masallı şəhərində "Embawood" mebel istehsalı fabrikinə məxsus anbarda yanğın baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yanğın davam edir.

Əlavə məlumat veriləcək.

Tarix
2015.02.22 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla