Yuxarı

“Azərişıq” enerji problemindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərişıq” enerji problemindən danışdı

"Maştağa, Nardaran, Zabrat, Sabunçu qəsəbələrindəki enerji problemi aradan qaldırılıb".

Bu sözləri Axar.az-a açıqlamasında "Azərişıq" ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, enerjinin fasilələrlə verilməsinə əlverişsiz hava şəraiti səbəb olub:

"Güclü külək nəticəsində "Azərenerji" ASC-yə məxsus Əhmədli yarımstansiyasında dayaq əyilib. Hazırda orada təmir işləri aparılır. Ona görə oradan qidalanan ərazilərdə enerji kəsilib. Hazırda Maştağa, Nardaran, Zabrat, Sabunçu qəsəbələrində problem aradan qaldırılıb".

Qeyd edək ki, Əhmədli yarımstansiyasından Yeni Günəşli, Bülbülə, Binə və Türkan qəsəbələrinin enerji təlabatı ödənilir. Dünən havanın kəskin dəyişməsi ilə paytaxt sakinlərinin elektrik enerjisi və qazla təminatında ciddi problemlər yaranmışdı. Bakının Maştağa, Nardaran, Sabunçu, Zabrat, Əhmədli, Günəşli və digər ətraf qəsəbələri dünəndən işıqsız qalmışdı.

Tarix
2015.02.22 / 17:29
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla