Yuxarı

Başçı 6 nəfərə vəzifə verdi, 2 nəfəri çıxardı - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı 6 nəfərə vəzifə verdi, 2 nəfəri çıxardı - Siyahı

Xətai Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub.

Axar.az Report-a istinadla xəbər verir ki, Xətai RİH-in başçısı Rafiq Quliyev bununla bağlı müvafiq əmrlər imzalayıb.

Belə ki, Rayon Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə Rafiq İsayev, baş məsləhətçi vəzifəsinə isə Mehman Tarverdiyev təyin edilib.

Eyni zamanda, İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Əliağa Muradov işdən çıxarılıb. Həmin şöbəyə məsləhətçi (vətəndaşların müraciətləri üzrə işin aparıcısı) vəzifəsinə Leyla Hüseynova təyin edilib.

R.Quliyevin daha bir əmri ilə İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın böyük məsləhətçisi Elçin Əhmədova həm də komissiyanın katibi vəzifəsi verilib. Komissiyanın aparıcı məsləhətçisi Aygün İbrahimova işdən çıxarılıb.

Müzəffər Məmmədov isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə yeni baş məsləhətçi təyin edilib. Bundan əlavə, Atabəy Əzizbəyliyə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsi verilib.

Tarix
2020.02.15 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Fransada kütləvi iğtişaşlar: xalq nə tələb edir?

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Video

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla