Yuxarı

MSK-dan Nurullayevin dairəsi ilə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MSK-dan Nurullayevin dairəsi ilə bağlı qərar

16:58

MSK-nın bu gün keçirilən iclasında 79 saylı İmişli seçki dairəsi üzrə daxil olan şikayəti MSK üzvü Bəxşeyiş Əsgərov çatdırıb.

Axar.az xəbər verir ki, həmin seçki dairəsi üzrə namizəd olmuş İlqar Hüseynli, İltizam Əkbərli və Murad Fərzəliyevin şikayətinə baxılıb.

B.Əsgərov qeyd edib ki, İ.Hüseynli DSK-nın 4 məntəqə üzrə qərarından şikayə verib:

"Daha sonra MSK-ya göndərdiyi şikayətdə məntəqələrin sayı daha çox olub. İltizam Əkbərli də bir sıra məntəqələrdən şikayətini çatdırıb. Videogörüntülər araşdırılarkən 2 məntəqədə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar müəyyən edilib. Bunlar 14 və 23 saylı məntəqələrdir. Əsas mübahisələndirilən məsələlər protokolların verilməməsidir”.

B.Əsgərov sosial şəbəkələrdə olan məlumatları və namizədlərin təqdim etdikləri görüntüləri araşdırdıqlarını bildirib:

“Bütün bu araşdırmalar nəticəsində ekspert qrupu bu qənaətə gəlib ki, 14, 16, 21, 23 və 25 saylı məntəqələrdə protokollarda seçicilərin iradəsini ifadə etməyə imkan verməyən hallar müəyyən olunub”.

Daha sonra bu məntəqələrdə nəticələr etibarsız sayılıb.

MSK-nın son qərarınadək bu dairədə 20.9 faiz səslə Razi Nurullayev lider idi. Nurullayev topladığı 2705 səslə ikinci yerdə olan Murad Fərzəliyevi (2663 səs) 42 səslə qabaqlayırdı. 14, 16, 21, 23 və 25 saylı məntəqələrin nəticələri ləğv edildikdən sonra R.Nurullayevin 2398 səsi qalmasına baxmayaraq, rəqibi ilə səs fərqini artırıb. Belə ki, məntəqələrin ləğvindən sonra Murad Fərzəliyev 2209 səslə yenə ikinci olub.

Tarix
2020.02.18 / 17:33
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Qazaxıstanda səfərdədir

Latviya Prezidenti Azərbaycana gəldi

MM sədri MakKormak ilə sülh prosesini müzakirə etdi

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla