Yuxarı

Bakının yeni halı - Fotoreportaj

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının yeni halı - Fotoreportaj

Manatın ucuzlaşmasından sonra Bakıda vəziyyət necədir?

Axar.az-ın müxbiri bu suala cavab axtarmağa çalışıb. Əməkdaşımız şəhərin bəzi ticarət mərkəzlərində, supermarket şəbəkələrində, apteklərində, valyutadəyişmə məntəqələrində müşahidələr aparıb.

Milli məzənnənin delavasiyasından sonra leytmotiv ondan ibarətdir ki, bəzi iaşə obyektlərində sui-istifadə halları mövcuddur. Belə ki, mağazalar milli pulun kursunun dəyişməsindən qabaq alınmış məhsulların qiymətini də bahalaşdırır. Hətta birdəfəlik istifadə üçün nəzərdə tutulan üzqırxan "Jilet"in qiyməti də 5 qəpik qaldırılıb.

Süni qiymət artımı bəzi apteklərdə də müşahidə olunur. Reportyorumuza bildirilib ki, əvvəldən satışda olan dərmanların qiyməti qalxıb. Firmalardan isə yeni mal gətirilməyib ki, qiymət bahalaşa, sadəcə, süni artımına yol verilib.

Valyutadəyişmə məntəqələrinə gəlincə, dollar alışı və satışı bəzi yerlərdə bərpa olunub. Ümumilikdə isə bu məntəqələrdə məzənnə elanı olan lövhələr götürülüb. Bu da yeni məzənnə lövhəsini asmaq üçün nəzərdə tutulub.

Qəribədir ki, taksi sürücüləri də qiymət artımı küyünə düşüb, gedişhaqlarını bahalaşdırıblar. Xüsusilə şəhərlərarası taksi xidməti göstərən sürücülər müxtəlif bəhanələrlə qiyməti qaldırmağa cəhd edirlər.

Kafe-restoranlarda isə ciddi dəyişiklik müşahidə edilmir. Müxbirimizə o da deyilib ki, tikinti materialları nisbətən bahalaşıb.

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən davamlı montorinqlər keçirilir və sui-istifadə hallarının qarşısı alınır.

Tarix
2015.02.23 / 23:54
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla