Yuxarı

Faktiki hava açıqlandı: Hara qar yağıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faktiki hava açıqlandı: Hara qar yağıb?

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, fevralın 25-də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Küləyin sürəti Gəncə, Naftalanda 35, Zərdabda 34, Tərtər, Bərdədə 32, Neftçala, Mingəçevirdə 30, Göyçay, Ağdamda 28, Daşkəsən, Yevlax, Xaçmazda 25, Ağstafada 22, Altıağacda 21, Şəmkir, Şəki, Beyləqan, Xınalıq, Nabran, Şahdağ, Naxçıvanda 20, Gədəbəydə 19, Zaqatala, Şamaxı, Yardımlı, Qəbələdə 18, Lerik, Salyan, Ağsu, Sabirabadda 17, Kişçay (Şəki), Oğuzda 16, Xaltan, Şərurda 15, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 18-23, arabir 25-30 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,2 metrə çatıb.

Fevralın 25-də Xaltanda 12, Daşkəsəndə 10, Qubada 9, Qrızda 8, Gədəbəy, Altıağacda 7, Göygöl, Qusarda 6, Mərəzədə 4, Şahdağ, Şamaxı, Sarıbaşda 3, Lerik, Xınalıqda 2, Kişçay, Ağdərədə 1 mm qar yağıb. Yağan qar nəticəsində əmələ gələn qar örtüyünün hündürlüyü Qrızda 36, Şahdağ, Xınalıqda 30, Ağdərədə (Ordubad) 27, Sarıbaşda (Qax) 25, Daşkəsəndə 15, Xaltanda 12, Gədəbəydə 10, Altıağacda 8, Qubada 7, Göygöldə 5, Qusarda 4 sm olub.

Astarada 5, Lənkəran, Şabranda 3, Ağstafada 2, Naxçıvan, Ordubad, Sədərək, Gəncə, Tovuz, Balakən, Sabirabad, Cəfərxan, Qazıməmməd, Bakıda və Abşeron yarımadasında 1 mm yağış yağıb.

Havanın minimal temperaturu dağlıq rayonlarda 2-7, yüksək dağlıq ərazilərdə 14-19 dərəcə şaxta təşkil edib.

Tarix
2020.02.26 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident mühafizəçiləri onları niyə və necə döydü? - Video

Prezident Sülh Şurasının ilk iclasında... - Video

Əliyev Trampın təklifini buna görə qəbul etdi - Rusiyadan baxış

MM bu konvensiyanı ratifikasiya etdi

Dostum Eminlə nə baş verir? - Sabiq millət vəkili

İlham Əliyevin ABŞ səfəri başa çatdı

Milli Məclisin növbəti plenar iclası başladı

Bu hücumlar vahid mərkəzdən idarə olunur - MM

Prezidentin Sülh Şurasının iclasında iştirakı bunu təsdiqləyir

Kerobyan: Şuşanın “İsgəndər”lə vurulduğunu gözümlə gördüm

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla