Yuxarı

Azərbaycandan İrana onlayn viza verilişi dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan İrana onlayn viza verilişi dayandırıldı

Bu gündən etibarən Azərbaycana gəlmək istəyən İran vətəndaşları elektron viza üçün müraciət edə bilməyəcəklər.

Axar.az Baku TV-yə istinadən xəbər verir ki, bununla bağlı e-visa.gov.az portalında İran vətəndaşlarının elektron müraciəti üçün ayrılan bölmə fəaliyyətini dayandırıb.

Bölməyə daxil olarkən mənbə ölkə kimi İranı seçdiyiniz təqdirdə gedilən ölkənin müvafiq siyahıda yer almadığı göstərilir. Daha ətraflı portala daxil olaraq nəticəni yoxlaya bilərsiniz.

Qeyd edək ki, koronavirusun İran ərazisində geniş yayılması nəticəsində ölənlərin sayı durmadan artır. Bununla bağlı Azərbaycanla İran arasındakı sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilib. İrandan gələn şəxslərdə hərarət yüksəkliyi aşkar olunduğu təqdirdə onlar ya Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında, ya da Bakıdakı Kliniki Tibbi Mərkəzdə nəzarətə götürülür.

Tarix
2020.02.27 / 01:40
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa “vassala” çevrilir: Makron Əliyevin dediklərini təkrarladı

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla