Yuxarı

Bu qurum koronavirusla bağlı gücləndirilmiş iş rejiminə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ölkələrində koronavirus xəstəliyinin sürətlə yayılması və qonşu ölkələrdə də qeydə alınması səbəbindən hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir.

AQTA-dan Axar.az-a bildiriblər ki, Agentliyin regional bölmələri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejimində çalışır. İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində Bakı şəhərində 6, regionlarda 13 laboratoriya olmaqla, 19 laboratoriya fəaliyyət göstərir. Laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi həyata keçirilir.

Hazırda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin müvafiq laboratoriyaları koronavirusla bağlı təcili çağırışlara operativ şəkildə reaksiya vermək imkanlarına malikdir və tam hazır vəziyyətdə fəaliyyətlərini davam etdirir. Laboratoriyalar COVID-19 - koronavirusun müayinəsi üçün PZR (Polimeraz Zəncirvarı Reaksiya) dəstləri, fərdi mühafizə vasitələri, dezinfeksiyaedici vasitələrlə təmin olunub. Eyni zamanda, müvafiq bölmənin əməkdaşları bu xəstəliyin laborator müayinəsi ilə əlaqədar xüsusi təlimlərə cəlb edilib.

Bundan əlavə, COVID-19 infeksiyası ilə əlaqədar 3-cü səviyyəli biotəhlükəsizlik mobil səhra laboratoriyası da hazır vəziyyətə gətirilib. Xəstəliyə hər hansı şübhə yaranarsa, dərhal mobil dəstə operativ şəkildə respublikanın istənilən ərazisinə ezam oluna və qısa zaman ərzində müayinələri həyata keçirə bilər.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyası ölkədə epidemioloji və epizootik sabitliyin qorunması üçün bütün zəruri avadanlıq, vasitə və peşəkar kadrlarla təmin olunub.

Ümumdünya Səhiyyə Təşkilatının eksperti və ABŞ Milli Səhiyyə İnstitutunun virusoloq-həkimi də laboratoriyalarda aparılan müayinələrlə tanış olub və qiymətləndirmə apararkən burada yaradılan şəraiti yüksək dəyərləndirib, müayinələrin yüksək keyfiyyətlə, bütün biotəhlükəsizlik qaydalarına riayət edilərək aparıldığını vurğulayıblar.

Agentlik vətəndaşları yoluxucu heyvan xəstəliklərindən qorunmaq və xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qida təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl etməyə və yalnız rəsmi orqanların yaydığı məlumatlara etibar etməyə çağırır.

Tarix
2020.02.27 / 21:39
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan ABŞ-a gedir: Tramp və Əliyevlə görüş...

Tramp Əliyev və Paşinyanla bu tarixdə görüşəcək - Proqram

Dünya liderləri Azərbaycan pavilyonunda - Foto

Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Təsdiqləndi

Əli Əsədov Berdiməhəmmədovla görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

Füzuli bu türk şəhəri ilə qardaşlaşacaq

Berdiməhəmmədov, Mirziyayev və Əsədov görüşdü

Zəngəzurdan keçməklə Naxçıvana çox gedib-gəlmişəm...

Əli Əsədov Kobaxidze ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla