Yuxarı

Fond Şəkidə vətəndaş forumu keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fond "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq Şəkidə "Açıq qapı günü"-vətəndaş forumu keçirib.

Dövlət Sosial Müdafiə Fondundan Axar.az-a verilən məlumata görə, Azərbaycanın sığorta-pensiya sisteminin xüsusiyyətlərindən ətraflı bəhs olunan regional tədbirə Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar qatılıb.

Forumda çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, Prezident İlham Əliyevin uğurla reallaşdırdığı sürətli inkişaf strategiyası nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, respublikamız inikişaf göstəricilərinə görə dünya ölkələri sırasında öncül mövqedə qərarlaşıb və beynəlxalq aləmdə nüfuzu durmadan möhkəmlənən etibarlı tərəfdaşa çevrilib.

Tədbirdə "Sosial sığorta haqqı gələcək pensiya təminatının əsas vasitəsi kimi" adlı təqdimatla çıxış edən DSMF-nin şöbə müdiri Fərid Baxşıyev deyib ki, pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi sığorta haqqı normativinin strukturunda sığortaolunanın məsuliyyətinin tədricən artırılmasını zəruri edir. Bu məqsədlə sığorta haqqı normativinin müəyyən hissəsinin işəgötürənin üzərindən tədricən işçinin üzərinə keçirilməsi planlaşdırılır.

Tədbirdə vətəndaşların "elektron hökumət" üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə Fondun fəaliyyətinin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.

Regional "Açıq qapı" günü iştirakçıların mövzu ilə bağlı təkliflərinin müzakirə olunması və onların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Tarix
2015.03.03 / 15:34
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla