Yuxarı

Nazirlik bu xidmətinə görə birinci yer tutdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidmətindən istifadə sayı 133324 ədəd təşkil edib. Bu göstərici ilə qeyd olunan e-xidmət "Elektron hökumət" portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında yenə ilk yeri tutub.

Nazirlikdən Axar.az-a veriləm ləumata görə, son bir ayda ƏƏSMN-in "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən istifadə sayı 60354 ədəd, "İş yerinə dair arayış" e-xidmətindən istifadə sayı isə 10592 ədəd olub. ƏƏSMN-nin yalnız bu 3 elektron xidməti üzrə istifadə sayı 204270 ədəddir. Nazirliyin bütün e-xidmətləri üzrə istifadə sayı isə 206969 ədəd olmaqla "Elektron hökumət" portalı üzərindən 43 qurum tərəfindən göstərilən 277 elektron xidmətə dair ümumi istifadə sayının (704970 ədəd) 29,3 faizini təşkil edib.

ƏƏSMN-in "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi", "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "İş yerinə dair arayış" e-xidmətləri ötən il əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində əhalinin istifadəsinə verilib. Həmin sistemin tətbiqi əmək münasibətlərinin elektron müstəvidə qeydiyyatı və şəffaflaşdılmasına, əmək bazarına, işçi hüquqlarının təminatına dövlət nəzarətinin təkmilləşdirilməsinə, qeyri-leqal məşğulluq hallarının aşkar olunaraq aradan qaldırılmasına xidmət edir. Əmək müqaviləsi bildirişlərinin bu sistemdə qeydiyyatdan keçirilməsi işçilərin gələcək sosial və layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsas yaradır.

Tarix
2015.03.05 / 11:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla