Yuxarı

YAP-dan örnək addım - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP-dan örnək addım - Foto

Prezident İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanların evdən çıxmaq imkanı olmadığından Yeni Azərbaycan Partiyasının (YAP) könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə martın 27-dən tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərirlər.

Axar.az YAP-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bir neçə gündür davam edən aksiya çərçivəsində YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri ahılların mənzillərində olur, yaşlı insanların sifarişi əsasında gündəlik lazım olan ərzaq və tibbi vasitələri alırlar.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan YAP-ın fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, sosial xidmət göstərirlər.

Tarix
2020.03.28 / 21:01
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tibb müəssisəsinə yeni baş həkim təyin edildi

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla