Yuxarı

Fövqəladə vəziyyət tətbiq olunub, sadəcə elan edilməyib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, koronavirusla mübarizə istiqamətində son günlər hökumətin qəbul etdiyi qərarları necə qiymətləndirirsiniz?

- Qəbul olunan qərarlar vətəndaşların Konstitusiya ilə qorunan hüquq və azadlıqlarını məhdudlaşdırsa da, son zərurət vəziyyətində qəbul olunan qərarlar kimi qəbul olunmalıdır və kafi qiymətləndirilə bilər. Konstitusiyamızın 112-ci maddəsinə görə, Prezident epidemiyalar zamanı fövqəladə vəziyyət tətbiq edir. Bu zaman "Fövqəladə vəziyyət haqqında" Qanunuun 8-ci maddəsinin 8.0.18 -ci bəndinə əsasən, karantin tətbiq edilməsi, sanitariya - antiepidemiya tədbirlərinin həyata keçirilməsi üçün müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Bunun üçün Prezident müvafiq Fərman imzalamalı və həmin Fərman 48 saat ərzində Milli Məclisin müzakirəsinə çıxarılmalı idi. Məsələ burasındadır ki, bizim karantin rejimi zamanı hüquq subyektlərinin hüquq və vəzifələrini müəyyənləşdirən qanunvericilik bazamız da yoxdur. Hazırda Nazirlər Kabinetinin yaratdığı Operativ Qərargah beynəlxalq təcrübəyə istinad edərək qərarlar qəbul edir. Qəbul olunmuş qərarların qanuniliyi məsələsini bir kənara qoysaq, vətəndaşlarımızın epidemiya ilə mübarizə baxımından ciddi narahatlığına əsas yoxdur. Hökumət mümkün olan hər şeyi etməyə çalışır. Bu məqsədlə, əslində elan olunmasa da fövqəladə vəziyyət tətbiq olunub.

- Hökumət vətəndaşlara kömək və makroiqtisadi sabitliyi qorumaq üçün kimlərə dövlət dəstəyinin veriləcəyini açıqlayıb. Bu yetərlidirmi?

- Beynəlxalq iqtisadi böhranı yaxınlaşdırmış COVİD-19 epidemiyasına qarşı mübarizədə bütün dövlətlər vətəndaşlarına öz imkanları çərçivəsində müəyyən yardım paketi təqdim edir. Azərbaycan hökumətinin də bu addımı alqışlanmalıdır. Amma bütün sivil və demokratik dünyada olduğu kimi, vəsaitin ayrılması barədə hökumətin qərarı parlamentdə müzakirə və təsdiq olunmalıdır ki, deputatlar sənədə öz münasibətini bildirə bilsin. Yalnız sənədlə tanış olandan sonra vəsaitlərin nə qədər əsaslı və ədalətli bölüşdürülməsi barədə fikir söyləmək olar. Makroiqtisadi sabitliyi qorumaq və iqtisadiyyatımızı dayanıqlı etmək üçün isə yubanmadan ciddi iqtisadi islahatlar həyata keçirilməli, dövlət bizneslə məşğul olmaqdan imtina etməli, böyük özəlləşdirməyə gedilməli,sağlam rəqabət mühiti formalaşdırılmalı, əmlak toxunulmazlığına güclü məhkəmə hakimiyyəti yaratmaqla təminat verilməlidir. Bu istiqamətdə ciddi qərarlar qəbul olunarsa, bir neçə il ərzində neftdən asılılığa son qoyub iqtisadi sıçrayışa nail ola bilərik.

Tarix
2020.04.01 / 10:28
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalını qadağan etdi

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla