Yuxarı

BŞİH: Maskasız təmizlik işçiləri... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Nəsimi rayonunun Akademik Feyzulla Qasımzadə küçəsi 24 ünvanında məişət tullantılarının daşınması ilə məşğul olan şəxslərin maskasız olduğu üzə çıxıb.

Axar.az xəbər verir ki, təmizlik işçilərinin maskasız və xüsusi forma olmadan çalışmasının onların koronavirusa yoluxma riskini artırdığından, narahatlıqla qarşılanıb.

Məsələ ilə bağlı BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsindən saytımıza bildirilib ki, hazırda hər bir işçi xüsusi forma ilə təmin olunub və nəzarət gücləndirilib:

“Artır bir neçə gündür ki, bütün kommunal təsərrüfatda məişət tullantılarının daşınması ilə məşğul olan şəxslər xüsusi forma ilə təmin edilib və onlara lazımi qədər maska, əlcək və digər virusdan qorunma vasitələri verilib. Bundan başqa koronavirusla əlaqədar gərgin iş rejimində çalışan təmizlik işçilərinin sanitar gigiyenik qaydalara əməl etmələri üçün nəzarət gücləndirilib. Təqdim edilən sözügedən fotonun isə köhnə olduğunu düşünürük”.

Qeyd edək ki, foto 30 mart tarixində çəkilib və dərhal da BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin münasibətini öyrənmək üçün sorğu ilə birgə göndərilib. İdarə sorğuya iki gün sonra cavab verib və işçilərin lazımı qoruyucu vasitələrlə təmin olunduğunu əks etdirən fotolar da təqdim edib.

Tarix
2020.04.01 / 13:48
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla