Yuxarı

Qubada xüsusi karantin rejimini pozanlar cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, bu kimi neqativ halların qarşısının alınması üçün Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirilirlər.

Polis əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər apararaq, onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırıblar.

Lakin keçirilən tədbirlər zamanı edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər də aşkarlanıb. Onlar arasında günün gündüz və gücə vaxtlarında elan edilən bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətləri pozanlar da var.

Həmin şəxslər barəsində Quba RPŞ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

Tarix
2020.04.02 / 10:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla