Yuxarı

Paşayevadan çağırış: Çörəyi pulsuz edin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayevadan çağırış: Çörəyi pulsuz edin!

2020.04.04 - 15:24

Bu, olduqca gözəl bir təşəbbüsdür və belə bir xeyirxahlıq nümunəsi göstərən Qrandmart MMC-yə təşəkkürümü bildirirəm.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Qrandmart MMC-nin öz mağazalar şəbəkəsində ehtiyacı olan insanlar üçün çörəyi pulsuz etməsinə münasibət bildirərkən qeyd edib. Q.Paşayeva bildirib ki, bununla bağlı dəfələrlə çağırış edib:

“Çox sevindiricidir ki, Bakıda bir marketlər şəbəkəsi belə bir nümunə göstərib. Mən digər market şəbəkələrini də bu təşəbbüsə qoşulmağa çağırıram. Xüsusilə bölgələrdəki marketlərin bu nümunəvi addıma qoşulmaları indiki sınaq günlərində birlik, həmrəylik nümayişi olar. Mən xüsusən bölgələrdəki sahibkarlara üz tutaraq, onları bu təşəbbüsü bütün ölkə ərazisinə yaymağa çağırıram”.

Qeyd edək ki, Qrandmart MMC tərkibindəki bütün marketlərdə - “Qrandmart”, “Fresko”, “Səbət”, “Avromart” - ehtiyacı olan vətəndaşlara çörəyi pulsuz verməyə başlayıb.

Tarix
2020.04.05 / 00:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla