Yuxarı

Dövlət qurumları da qaydaları pozub – NK-dan sərt xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət qurumları da qaydaları pozub – NK-dan sərt xəbərdarlıq

Xüsusi karantin rejimi elan olunandan və SMS-icazə tətbiq ediləndən sonra çoxsaylı pozuntular üzə çıxıb.

Axar.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov Operativ Qərargahın mətbuat konfransında deyib.

O bildirib ki, yalnız son bir sutka ərzində - 7 apreldən indiyəcən 3073 vətəndaş haqda inzibati tədbir görülüb:

“Bu, hələ polisin üzə çıxardığı rəqəmdir. 12 nəfər inzibati həbs edilib, 2 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda 1 nəfər sosial şəbəkədə yalan məlumat yaydığına, 2 nəfər jurnalist vəsiqəsi satdığına görə həbs edilib".

İ.Məmmədov bildirib ki, lüzumsuz zənglər, yalan mesajlar, qanunsuz icazə cəhdləri həddən artıq çoxdur:

“Bu, icazə verilən həyati əhəmiyyətli dövlət qurumlarına və şirkətlərə də aiddir. Belə ki, rəsmi qurumlara işçilərinin yalnız 30 faizinə icazə alması üçün şərait yaradılmışdı. Ancaq dövlət qurumlarından müraciətlər bu limiti aşıb və onlar e-gov.az saytına daxil olaraq, qanunsuz olaraq nəzərdə tutulandan daha artıq işçiyə icazə alıblar”.

Tarix
2020.04.08 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Zəngəzur dəhlizi bizim üçün unikal yerdir - Mitsidis

1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər - General

General: Heydər Əliyev bu istiqamətdə hücumu seçdi

Azərbaycanla müharibə? - Sərkisyanın cavabı və reallıq

Sülh zəmanətlərlə deyil, qarşılıqlı fayda ilə müəyyən edilir

Cənubi Qafqazda davamlı sülhün təmin olunması...

Herisçi Təbrizdən qayıtdı və danışdı – Video

İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla