Yuxarı

Restoranlar karantini “bitirdi”: Yerlər dolub...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə elan edilən karantin rejimi bitməsə də, şadlıq evləri və restoranlarda sifarişlər başlayıb.

Axar.az xəbər verir ki, əksər restoranlarda may və iyun ayları üçün bütün günlər tutulub.

Şadlıq sarayları administratorlarının sözlərinə görə, həftənin hər gününə toy yazılıb. May-iyun ayları üçün bütün günlərin tutulmasına səbəb martın 15-dən sonra və aprel ayına yazılan toyların sonrakı aylara təxirə salınmasıdır. Qarşıdakı aylarda karantin rejiminin yumşaldılıb- yumşaldılmayacağı haqda bir məlumat olmasa da, şadlıq evləri rəhbərləri fəaliyyətlərinə icazə veriləcəyinə ümid edir.

Saytımıza açıqlama verən “Neptun Saray”ın administratoru bildirib ki, xüsusi rejim elan edildiyi ilk günlərdə təxirə salınan toylar Ramazan ayına keçirilmişdi. Ancaq hələ də xüsusi rejim aradan qaldırılmadığı üçün problem yaranıb:

“May və Ramazan aylarında adətən toylar az olurdu. Ancaq bu dəfə Ramazan ayı maya təsadüf etsə də, toy üçün kifayət qədər müraciət var”. Administrator deyib ki, toylar hələlik formal olaraq yazılıb. Çünki yalnız rəsmi icazə verildikdən sonra restoranlar fəaliyyətə başlayacaq.

“Ülvi” şadlıq sarayından isə bildirilib ki, açılış üçün restoranda dezinfeksiya işləri aparılıb. Ancaq hələlik xüsusi rejimin nə vaxt aradan qaldırılacağı bilinmədiyi üçün toy sifarişi qəbul edilmir: “May və iyun ayı üçün boş gün yoxdur. Toy üçün müraciət edənlər olsa da, gün təyin edə bilmirik. Toyu olanlar da risk etmir. Ümid edirik ki, heç olmasa 5 maydan sonra toyların keçirilməsi ilə bağlı icazə təmin edilər”.

“Arena Saray”dan isə bildirilib ki, mart və aprel ayına yazılan bəzi toylar mayın əvvəlinə keçirilmişdi. Lakin hələ də karantin rejimi başa çatmadığı üçün həmin toy sahibləri növbəti dəfə gün dəyişdirməli olacaq.

Tarix
2020.04.24 / 14:40
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla